“MİLEX 2019” - VİDEO

“MİLEX 2019” - VİDEO
Sərgidə hərbi təminatın tablosu canlandırıldı

Mayın 15-dən 10 ölkənin təmsilçisi Belarusa Minskə toplaşdı.

Belarus hərbi məhsullarını nümayiş etdirmək üçün hər bir ölkəyə imkan və fürsət yaratdı.

Milex 2019 9-cu Beynəlxaq Silah və Hərbi Texnika Sərgisinin rəsmi açılışından öncə hər kəs sərgidə iştirakçı dövlətlərin təmsilçiləri, diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən gələn media nümayəndələri, adi vətəndaşlar Stalin xəttində idi. Belarusun tarixi məkanı olan Stalin xəttində Belarus rəsmiləri ölkə prezidenti Sleksandr Lukaşenkonun sərgi ilə bağlı təbrik məktubunu oxudular.

Sonra milex 2019-un şərəfinə səhnəciklər nümayiş olundu. 1944-cü il müharibə səhnəsi canlandırıldı. 

Ardınca Belarusun müasir hərbi texnikasının şərti düşməni zərərsizləşdirmək səhnəsinə şahidlik etdik.

Stalin xəttindəki tədbirdən sonra iştirakçı sayına və infrastrukturuna görə şərqi Avropanın ən böyük sərgisi işinə başladı.

İlk dəfə bu sərgidə stendi ilə təmsil olunan Azərbaycan öz istehsalını nümayiş etdirdi.

Sərgi şərçivəsində Azərbaycanla bir neçə ölkə arasında 2 tərəfli görülər də baş tutdu.

Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev REAL-a müshibəsində dünya bazarında Azərbaycan məhsullarına böyük marağın olduğunu dedi.

Sərgidə Azərbaycan istehsalı olan silahlara marağın çox olduğunu biz də müşahidə etdik. Tək mütəxəssilər deyil adi insanlar da Azərbaycan stendinə yaxınlaşıb burdaki məhsullarla maraqlanırdılar.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə