Paskalın təzyiqi artır - VİDEO

Paskalın təzyiqi artır - VİDEO
Roqliç liderliyini qoruyur

Almaniyalı velosipedçi Paskal Akkerman Ciro Ditaliya yarışının 5-ci mərhələsində qələbə qazanıb.

Fraskati şəhərindən start götürmüş pelaton güclü yağışa düşüb.

Yarışın eks qalibi hollandiyalı Tom Dyumulen 5-ci kilometrdən sonra pedal fırlatmaqdan imtina edib.

Sanveb komandasının üzvü 1 gün əvvəl aldığı zədənin qurbanı olub. Sloveniyalı Kristian Koren isə ümumiyyətlə veloyürüşə buraxılmayıb.

Avstriyadakı dopinq qalmaqallarında adı hallanan idmançı beynəlxalq ittifaq tərəfindən cəzalandırılıb.

140 km-lim məsafənin sonunda kolumbiyalı Fernando Qaviriya ikinci yerlə kifayətlənib. Ən güclü üçlüyü Fransalı Arno Demar tamamlayıb. Məlum qələbəyə baxmayaraq Akerman yekun sıralamada ilk 3-lüyə düşə bilməyib. 5 mərhələnin nəticələrinə əsasən Sloveniyalı Primoj Roqliç liderliyi nəzarətdə saxlayır. Onu 35 saniyəlik geriləmə ilə ingiltərəli Saymon Yeyts izləyir. İtaliya təmsilçisi Vinçenzo Nibalinin velosipedi isə ikinci yerdən cəmi 4 saniyəlik məsafədədir.

Qeyd edək ki, lider mövqeyində qərarlaşmış Primoj Roqliç unikal idmançı karyerasına malikdir. İdmançı 2007-ci ildə Sloveniya komandasının heyətində tramplindən tullanma üzrə dünya çempionatının qalibi olub.

Elə həmin il Planitsa tramplinindən tullanarkən ciddi zədə almış Roqliçin şəxsi rekordu 183 metrə bərabərdir. Görünən odur ki, sloveniyalı idmançı mükafatlara aparan quru, və hava yollarını əzbər bilir.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə