451 binaya baxış keçirilib - VİDEO

451 binaya baxış keçirilib - VİDEO
31 binanın istismarına icazə verilib

Respublika ərazisində istismarda olan lakin isrtismarına rəsmi icazəsi olmayan bütün binaların müayinəsi prosesi tam başa çatıb.

Bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov REAL tv-yə müsahibəsində bildirdi.

Rəis müavini bu işlərin prezident İlham Əliyevin bəzi çoxmənzilli yaşayış binalarının istismara qəbulunun sadələşdirilməsi barədə 19 fevral 2019 cu il tarixli fərmanına əsasən həyata keçirildiyini bildirdi.

"451 binaya baxış keçirilib. 31 binanın sənədləri tam hazırlanaraq, itismara icazə verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura komitiəsinə təqdim olunub. 1 bina da Abşeron rayonu ərazisində yerləşdiyindən onun sənədləri Abşeon Rayon İcra Hakimiyyətinə təqdim olunub. Daha 8 binanin da sənədləri hazırdı. Yaxin bir həftə ərzində onların da sənədləri müvaffiq dövlət qrumuna təqdim olunacaq.

Müsahibim deyir ki, qüsurları aradan qaldıran bina sahibləri yenidən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət agentliyinə müraciət etməlidirlər.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov da bu müddət istismara icazə verilmiş 10 bina üzrə 500 mənzilə dair sənədlərin qəbul edildiyini və onlardan da 320 dən çoxuna çıxarışların verildiyini bildirdi.

Qeyd edək ki, istismarına icazə verilən binaların sakinləri fərdi şəkildə də çıxarış üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edə bilər.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə