Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb

Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1281,4 mln. manat təşkil edib ki,

onun da 1203,1 mln. manatı heyvandarlıq, 78,3 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

REAL xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə aqrar sektor 3,9% böyüyüb. O cümlədən bitkiçilik məhsullarının istehsalı 22,2%, heyvandarlıq məhsullarının istehsalı isə 2,9% artıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər