Real Madrid-in yay fasiləsi üçün transfer büdcəsi müəyyənləşib

Real Madrid-in yay fasiləsi üçün transfer büdcəsi müəyyənləşib

İspaniyanın “Real Madrid” klubunun yay fasiləsi üçün transfer büdcəsi müəyyənləşib.

REAL-ın Report-a istinadən məlumatına görə, paytaxt klubu oyunçularının satışından 200 milyon avro əldə etməyi planlaşdırır. “Real Madrid” rəhbərliyi yeni futbolçuların alınası üçün əlavə 100 milyon avro da ayırmağı düşünür. Beləliklə, “kral klubu”nun transfer büdcəsi 300 milyon avro təşkil edəcək.

Bildirilir ki, bu, yekun məbləğ olmaya da bilər. Məsələn, Fransa PSJ-si Neymarı satmaq istəsə, büdcənin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Real Madrid” Portuqaliya “Portu”su ilə müdafiəçi Eder Militaonun, Braziliya “Santos”u ilə isə cinah yarımmüdafiəçisi Rodriqonun keçidini razılaşdırıb. İspanlar bu futbolçulara müvafiq olaraq 45 və 50 milyon avro ödəyəcək. Bundan başqa Almaniya “Ayntraxt”ından forvard Luka Yoviçin də 60 milyon avro qarşılığında transferi üçün razılıq əldə olunduğu bildirilir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə