Azərbaycanda metanol istehsalı 7,6 dəfə artıb

Azərbaycanda metanol istehsalı 7,6 dəfə artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 101,7 min ton həcmində metanol istehsal edilib.

REAL-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, metanol istehsalının həcmi ötən ilin müvafiq dövründən 7,6 dəfə çoxdur. Bu il mayın 1-i tarixinə 14,7 min ton hazır məhsul ehtiyatı qalıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib.

Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir.

İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə