Vüqar İsayev: “Açıq qapı günü”nün məqsədi muzeylərimizi daha böyük kütləyə təbliğ etməkdir

Vüqar İsayev: “Açıq qapı günü”nün məqsədi muzeylərimizi daha böyük kütləyə təbliğ etməkdir
REAL TV Qobustan Milli Tarix-Bədii qoruğunda

Bu gün 18 may Beynəlxalq Muzeylər günüdür. Bu gün münasibətiylə Mədəniyyət Nazirliyi media-tur təşkil edib. Bu günlə əlaqədar olaraq muzeylərdə “Açıq qapı günü”dür. Müxtəlif yaş həddindən olan insanlar Qobustan Milli Tarix-Bədii qoruğunu ziyarətə gəliblər.

Qobustan Milli Tarix-Bədii qoruğunun direktoru Vüqar İsayev REAL-ın birbaşa efirində bu günlə bağlı ətraflı məlumat verib.

Vüqar İsayev bildirib ki, Mədəniyyət Nazirliyi bu günlə əlaqədar olaraq bütün muzeylərdə, nazirliyə tabe olan qoruğlarda “Açıq qapı günü” elan edib: “Açıq qapı günü”nün keçirilməsində məqsəd muzeylərimizi, tariximizi, mədəniyyətimizi daha böyük kütləyə təbliğ etməkdir".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər