Aqrar sığorta haqqında qanun - VİDEO

Aqrar sığorta haqqında qanun - VİDEO
Aqrar sığorta sistemi gələn ildən işə düşəcək

Yaxın vaxtlarda ölkədə kənd təsərrüfatı sahəsində sığorta mexanizmi işə düşəcək. Bununla bağlı ciddi hazırlıqlar görülür. Artıq Aqrar sığorta haqqında yeni qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib. 

“Ümumilikdə hansı sistem işlək olacaq bu məslə oz təsdiqni tapıb. Yalnız hüquqi tənzimləmələr aparılır . Düşünürk ki, bu ilin sonuna qədər qanun qəbul edilər və müvafiq qurumları yarada bilərik” 

Mirzə Əliyev deyir ki, aqrar sığorta ölkədə idxaldan asılılığın azalmasına və ixrac potensialının artmasına təkan verəcək, ərzaq təhlükəsizliyinin güclənməsinə ciddi təsir göstərəcək. Ümumilikdə, yeni qanun həm fermere, həm də dövlətə xeyli divident gətirəcək.

“Gələn il üçün biz artıq yeni sığorta qanununun işə salıb ölkədə tam şəkildə aqrar sığortanı işə sala biləcəyik” 

Qeyd edək ki, qanun işə düşdükdən sonra kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu və nəhayət, üçüncü şəxslərin hərəkətləri kimi risklərin bir və yaxud bir neçəsindən sığortalana biləcəklər. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə