Avroviziya-2019 - VİDEO

Avroviziya-2019 - VİDEO
Bu gün beynəlxalq mahnı müsabiqəsinin finalıdır

Bu gün bütün Avropanın, o cümlədən Azərbaycanın gözü İsrailin paytaxtı Təl-Əviv şəhərinə dikilib.

Məhz bu gecə, bu şəhərdə Avropanın ən yaxşı mahnısı seçiləcək. Azərbaycanı müsabiqədə təmsil edən Çingiz Mustafayev də finalçılar arasındadır. O, finalın keçirildiyi Təl-Əviv ekspo arenada yenidən "Truth" mahnısını səsləndirəcək.

Hazırda Təl-Əvivdə olan ab-havanı, finalqabağı vəziyyəti bizə "Avroviziya”nın Azərbaycan üzrə şərhçisi Murad Arif çatdırıb.

Bu arada, “Google” şirkəti istifadəçilərin axtarış sistemində ən çox verdikləri sorğular əsasında "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin mümkün qaliblərinin reytinqini tərtib edib. 

"Əgər ölkələrə xallar onların təmsilçilərinin digər dövlətlərin sakinləri tərəfindən nə qədər aktiv axtarılmağına əsasən verilsəydi, siz artıq elə bu gün "Google Axtarış"ın istifadəçilərinin versiyasına görə kimin qalib gələcəyini öyrənə bilərsiniz", - deyə şirkətin məlumatında bildirilir.

Tərtib olunmuş reytinqə əsasən, qalib olmağa ən real namizəd Fransa təmsilçisi Bilal Hassanidir.

İkinci və üçüncü yerlərdə islandiyalı qrup "Hatari" və rusiyalı müğənni Sergey Lazarev qərarlaşıb.

Bundan savayı, ən yaxşıların onluğunda Hollandiya, Belorus, İsveçrə, İtaliya, San-Marino, İsveç və Kipr təmsilçilərinin adları çəkilir.
 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə