Laçın kimi...Laçın - VİDEO

Laçın kimi...Laçın - VİDEO
Laçının işğalından 27 il ötür

Deməli, 16 min laçınlı doğma rayonunun üzünü belə görmədən böyüyüb. Bu gün Laçın onlar üçün sadəcə ata-analarının, nənə babalarının göz açdığı tarixi məkan, yurd yeridir. Onlar isə bakılıdırlar, şəkilidirlər, sumqayıtlıdırlar, ağcabədili-taxtakörpülüdürlər və Laçına gedən bütün körpülər uçduğu üçün onlar Laçını ancaq təsvirlərdən və ay Laçın mahnısından tanıyırlar. 

Laçının işğalı ermənilərin uzun illər ərzində qurduğu ən vacib plan idi. Çünkü Laçının ələ keçirilməsi Ermənistanın Qarabağa yolunun tamamilə açılması demək idi. 

Laçının işğalı üçün düşmən təkcə taktiki yox, psixoloji metodlardan da istifadə etdi. Fevralda Xocalını törətdi, mayın 8-i Şuşanı aldı, 10 gün sonra isə Laçını. Bir şəhər , bir qəsəbəsi, 125 kəndi itirdik.... 

Deputat haqlıdır. Bu kadrları ermənilər 1993-cü ilin yayında çəkiblər. Düşmən sevinir, Laçının qalan kəndləri də artıq onların nəzarəti altındadır. 

Biz də haçansa belə sevinəcəyikmi?. Erməninin adını dəyişdirdiyi, Berdzor dediyi Laçın yenə bizim olacaqmı?Şuşa Laçın yolunda öldürülən Salatının, yüzlərlə minlərlə salatınların qanını alacağıqmı? İnanmaq istəyirəm. Çünki ən pisi inamı itirməkdir. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə