Azərbaycan gimnastları finalda çıxış ediblər

Azərbaycan gimnastları finalda çıxış ediblər

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında çıxışını davam etdirir.

REAL-ın Report-a istinadən məlumatına görə, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə, Fəridə Səfiyarzadədən ibarət kollektiv lentlə hərəkətlərdə 17.300 xalla 9-cu olub. Çoxnövçülükdə isə 38.950 xal qazanan yığma 6-cı yeri tutub.

Qeyd edək ki, Avropa çempionatında 35 ölkənin idmançıları mübarizə aparır. Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edir. Mayın 19-da - son yarış günündə fərdi proqramda Zöhrə Ağamirova finalda halqa və gürzlərlə çıxış edəcək. 

Gənclərdən ibarət yığma isə halqa ilə hərəkətlərdə bacarığını nümayiş etdirəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə