“Bavariya” darmadağınla Almaniya çempionu olub

“Bavariya” darmadağınla Almaniya çempionu olub

Almaniya Bundesliqasında 2018/19 mövsümünə yekun vurulub.

REAL-ın ONA-ya istinadən məlumatına görə, çempionatın sonuncu – XXXIV turunun oyunları eyni gündə keçirilib.

Almaniya çempionunun adına da son tur aydınlıq gətirib. Bugünkü qarşılaşmayadək ən yaxın izləyicisini iki xal qabaqlayan “Bavariya” “Ayntraxt”la ev oyununda qazandığı qələbə ilə qızıl medallara yiyələnib. Niko Kovaçın yetirmələri “Ayntraxt”ı 5:1 hesabı ilə darmadağın ediblər. Nəticədə “Bavariya” xal hesabını 78-ə çatdırıb.

Dortmund “Borussiya”sı isə Mönhenqladbaxdan olan həmklubu ilə görüşüb. Taleyi öz əlində olmayan dortmundlular səfər görüşündə qələbə qazanıblar. Lakin xal hesabını 76-ya çatdıran “Borussiya” yalnız ikinci yerlə kifayətlənib. Bu tura kimi isə "Leypsiq" bürünc medalları təmin edib. 

Qeyd edək ki, “Bavariya” ardıcıl 7-ci, ümumilikdə 29-cu Almaniya çempionu adına yiyələnib.

Almaniya Bundesliqası
XXXIV tur
18 may
“Bavariya” – “Ayntraxt” – 5:1

Koman, 4, Alaba, 53, Sançes, 58, Riberi, 72, Robben, 78 – Haller, 53
“Borussiya” M – “Borussiya” M – 0:2
Sanço, 45, Roys, 54

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə