Finalın beyin mərkəzində - VİDEO

Finalın beyin mərkəzində - VİDEO
Böyük oyunun 11 gün uzaqlığında

Bakıda baş tutacaq Avropa liqasının final oyununa 11 gün qalır. 90 maksimum 120 dəqiqəlik matçın yüksək səviyyədə təşkili üçün minlərlə insan səfərbər olub.

Bura təşkilat komitəsinin rəsamilərindən tutmuş könüllülərə kimi hər kəsi aid etmək lazımdır. Finalın beyin mərkəzi hesab edilən bu ofisdə diqqətimizi ilk çəkən məqam iclas otaqlarının adları oldu. Tofiq Bəhramov, Anatoli Banişevski və Ələkbər Məmmədovun adları iclas otaqlarının girişini bəzəyir. Etiraf etmək lazımdır ki, əla ideyadır. Fonda fasiləsiz şəkildə avroliqanın himni səslənir. Bu da gənclərə əlavə motivasiyadır. Stadionun parkinqi 2 dəfə genişləndirilib. Çəkiliş müddətində baş katib Elıxan Məmmədovun rəhbərliyi ilə 2-3 iclas keçirildi. Məqsəd meydana çıxa biləcək sualların yerində cavablandırılması və işin ləngiməməsidir. Təşkilat komitəsinin fəaliyyət istiqamətləri çoxşaxəlidir. Bura nəqliyyatın təşkili, könüllülərə təlimlərin keçirilməsi və nəhayət arenanın ideal vəziyyətə gətirilməsidir. Könüllü demiş, onlar üçün ayrıca mərkəz yaradılıb. Oyun ərzində xidmət göstərəcək 1452 nəfər könüllünün qərargahı bura olacaq. Stenddən də göründüyü kimi, onlar asudə vaxtlarında əylənmək imkanı da qazanacaqlar. Məlum olduğu kimi stadionun ərazisi böyükdür. Ona görə də könüllülərə arenada mini ekskursiya keçilir. Təbii ki, onlar azarkeşləri doğru məlumatlandırmaq üçün arenanın giriş və çıxışını əzbər bilməlidir. İşin ən önəmli tərəfi təhlükəsizliklə bağlıdır. Azarkeşlər arenaya 2 fərqli girişdən daxil olacaqlar. Stadiona gələcək hər bir şəxs bu çadırların içindən keçərkən tam yoxlanacaq. Kəsici, deşici, yandırıcı əşyalar dərhal müsadirə ediləcək. Yoxlama cihazlarının yanında xidmət aparacaq mühafizəçilər hər azarkeşi bir-bir yoxladıqdan sonra stadiona buraxacaq. Bu proses çox sürətlə və sıxlıq yaranmadan həyata keçiriləcək. Bununla belə azarkeşlərə arenaya bir qədər öncədən gəlmələri tövsiyyə olunur. O ki qaldı meydançaya...

Dəyişiklik təkcə bundan ibarət deyil. Media sektorundakı oturacaqların sayı artırılıb. Ümumilikdə stadionun azarkeş tutumu 70 minə çatdırılıb. İdeal vəziyyətdə olan ot örtüyünə mütəmadi qulluq edilir. Hətta fiziki məhdudiyyəti olan azarkeşlər də finalı məhdudiyyətiz izləyə biləcəklər. İndidən ingilis azarkeşlərin hansı sektorlarda əyləşəcəyini demək tezdir amma dəqiq olan odur ki, onlar oyuna fərqli istiqamətlərdən baxacaqlar. Finala bilet alan hər kəs möthəşəm futbol tamaşasının şahidi olacaq. Bileti olmayan azarkeşlərimiz isə matçı televiziya vasitəsilə izləyəcəklər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə