Vətəndaşların dostu - VİDEO

Vətəndaşların dostu - VİDEO
Əlillər protez üçün mərkəzə müraciət edə biləcəklər

Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihə olan dost mərkəzlərində göstəriləcək ən önəmli xidmətlərdən bir qismi əlilliyi olan şəxslərlə bağlıdır. Elə İlk DOST mərkəzinin binasının özü də əlilliyi olan şəxslər üçün tam funksionaldır. Əlillərin reabilitasiya vasitələri, o cümlədən protez-ortopedik məmulatlarla təminatı üçün müraciətləri də Dost mərkəzlərində qəbul olunacaq. Bunu Real-a eksklüziv müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. 

Hazırda 600 mindən çox əlilliyi olan şəxs var ki, onların da bir çoxu regionlarda yaşayır: "Regionları da əhatə edəcək DOST mərkəzləri şəbəkəsi imkan verəcək ki, artıq həmin şəxslər Bakıya gəlmədən öz regionlarında bu xidmətlərdən rahat şəkildə istifadə edə bilsinlər. Mərkəzdə tibbi sosial ekspertiza komissiyasının həkimləri də xidmət göstərir.

Qeyd edək ki, hələlik 1 dost mərkəzi vətəndaşlara xidmət edəcək. Bakıda, bütün bölgələrdə isə bütövlükdə 31 mərkəz yaradılacaq. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə