Ticarət mərkəzində yanğın - VİDEO

Ticarət mərkəzində yanğın - VİDEO
Yanğın zamanı xəsarət alanlar olub

Bakının Xəzər rayonunda yanğın baş verib.

Hadisə Zaqulba qəsəbəsində yerləşən "Zagulba Mall" ticarət mərkəzində qeydə alınıb.

Hanğın ticarət mərkəzinin zirzəmisindəki tikiş sexindən başlayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı 2-ci dərəcəli çağırış elan olunub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

"Zagulba Mall" ticarət mərkəzindəki yanğın zamanı xəsarət alanlar da olub yanğınla əlaqədar hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb edilib.

4 nəfər hospitalizasiya edilib.3 nəfər - iki qadın və bir kişi Toksikologiya şöbəsinə, digər bir qadın isə qıcolma əlaməti ilə 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

Bir neçə nəfərə isə yerində tibbi yardım göstərilib.

Binada olan insanlar təxliyyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə