“Mançester Siti” İngiltərə futbolunda görünməmiş nailiyyətə imza atıb

“Mançester Siti” İngiltərə futbolunda görünməmiş nailiyyətə imza atıb

İngiltərə kubokunun finalında qələbə qazanan “Mançester Siti” tarixi nailiyyətə imza atıb.

REAL-ın ONA-ya istinadən məlumatına görə, “Uotford”u 6:0 hesabı ilə yenən “şəhərlilər” daxili arenadakı hər üç titula sahib çıxıb.

Bir sözlə, Pep Qvardiolanın yetirmələri bu qələbə ilə tripl müəllifi olub. Bunadək Liqa kuboku və Premyer Liqanın da qalibi olan “Mançester Siti” İngiltərədə mövsümün bütün titullarına sahib çıxıb.

“Mançester Siti” İngiltərədə hər üç mükafatı qazanan ilk komanda kimi tarixə düşüb. Bunadək “Mançester Yunayted” və “Liverpul” tripl müəllifi olsa da, onların əldə etdiyi üç mükafatdan ikisi daxili, biri avrokubok yarışlarında əldə olunub. “Mançester Yunayted” 1999-cu ildə Çempionlar Liqası, Premyer Liqa və İngiltərə kubokunu, mersisaydlılar UEFA kuboku, İngiltərə kuboku və Liqa kubokunu qazanıb.

Pep Qvardiolanın yetirmələri isə İngiltərə futbolunda tarix yazaraq ilk müəllifi olublar. Düzdür, qadın futbolunda oxşar nailiyyət olub. 2011-ci ildə “Arsenal”ın xanımlardan ibarət komandası üç mükafat Premyer əldə edib. Londonlular Premyer Liqa, İngiltərə kuboku və Liqa kubokunu qazanıblar.

Maraqlıdır ki, oyundan öncə keçirilən mətbuat konfransında Pep Qvardiola tripl barədə suala zarafatla cavab verib: “Daxili arenada ilk tripl? Bunu qadınlar da bacarıb”.

Qeyd edək ki, “Mançester Siti” tarixində 6-cı dəfə İngiltərə kubokuna yiyələnib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə