Hondurasda təyyarə qəzası nəticəsində 6 nəfər ölüb

Hondurasda təyyarə qəzası nəticəsində 6 nəfər ölüb

Hondurasın Roatan adası yaxınlığında özəl təyyarənin qəzaya uğraması nəticəsində 5 əcnəbi turist və pilot həyatını itirib.

REAL ONA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” yerli rəsmi dairələrə istinadən məlumat yayıb.

Əcnəbilərin vətəndaşlığı barədə hələlik dəqiq məlumat verilmir. Ölkənin hərbi qüvvələri nümayəndəsinin sözlərinə görə, ölənlərdən dördü amerikalıdır, eyni zamanda yerli hakimiyyət orqanları 4 kanadalının öldüyünü bildirib. Beşinci şəxs barədə isə bir məlumat yoxdur.

Bildirilir ki, təyyarə uçuşdan bir qədər sonra dənizə düşüb. Hadisənin səbəbi məlum deyil.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə