Azərbaycanlı namizəd: “Marneulidə seçkilər kütləvi pozuntularla keçirilir“, YENİLƏNİB, 2

Azərbaycanlı namizəd: “Marneulidə seçkilər kütləvi pozuntularla keçirilir“, YENİLƏNİB, 2

“Marneuli rayonunda seçkilərdə kütləvi pozuntulara yol verilir”.

REAL “Report”a istinadən xəbər verir ki, bunu müxalif Vahid Milli Hərəkat Partiyasından Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Aqil Mustafayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri seçicilərin səslərini pulla satın almağa cəhd edirlər. “Bu seçkilər son illər Gürcüstanda ən çox qanun pozuntularına yol verilən seçkilərdir”.

A.Mustafayev qeyd edib ki, hakim partiya üzvləri seçkilərdə saxtakarlıqlara şərait yaratsalar da, onlar məqsədlərinə nail olmayacaqlar.

 

****

13:12

 

Marneuli rayonunda icra başçısı seçkilərində qanun pozuntuları ilə bağlı dairə seçki komissiyasına 7 şikayət daxil olub.

REAL “Report”a istinadən xəbər verir ki, bu barədə komissiyanın sədri Yakob Asanidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, şikayətlər əsasən kiçik insidentlər və prosedur qaydaları ilə bağlıdır.

Y.Asanidze seçkilərin sakit şəraitdə keçdiyini qeyd edib.

 

*******

09:46

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı vəzifəsinə seçkilər üzrə səsvermə prosesinə start verilib.

REAL “Report”a istinadən xəbər verir ki, saat 08:00-dan etibarən rayonun 90 seçki məntəqəsi seçiciləri qəbul etməyə başlayıb.

Marneulidə seçki hüququna malik olan vətəndaşların sayı 99,7 min nəfərdən çoxdur.

Rayon rəhbəri postuna namizədlərin ümumi sayı 15 nəfərdir ki, onların da 4-ü azərbaycanlı, 11-i isə gürcüdür. Namizədlərin 14-ü siyasi partiya, 1-i isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Azərbaycanlı namizədlər “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat Partiyasından Aqil Mustafayev, hakim Gürcü Arzusu Partiyasından Zaur Darğallı və gənclərdən ibarət təşəbbüs qrupundan Əli Bədirovdur. Seçkilərdə əsas mübarizənin məhz bu 4 namizəd arasında aparılacağı gözlənilir.

Bu gün qonşu ölkədə həmçinin Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Marneuli ilə yanaşı Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına da icra başçıları seçilir. Aralıq parlament seçkilərində isə Tbilisinin Mtatsminda rayonunun majoritar dairəsindən deputat seçilir.

Növbədənkənar və aralıq seçkiləri üçün ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən, ümumilikdə, 370 300bülleten çap olunub. Marneuli rayonunda yerləşən seçki məntəqələri gürcü dili ilə yanaşı Azərbaycan və erməni dillərində olan bülletenlərlə təmin olunub.

Seçkilər 402 091 seçicinin qeydiyyatda olduğu 410 seçki məntəqəsində keçirilir. Səsvermə prosesini 49 yerli təşkilatdan 6 139, 7 beynəlxalq təşkilatdan isə 47 nümayəndə müşahidə edir, 45 media qurumun 1 917 əməkdaşı işıqlandırır.

Seçkilərdə səsvermə prosesi saat 20:00-da başa çatacaq. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə