Marneulidə mer seçkilərində qarşıdurma yaranıb

Marneulidə mer seçkilərində qarşıdurma yaranıb

Bu gün Marneulidə keçirilən mer seçkilərində qarşıdurma yaranıb.

REAL-ın ONA-ya istinadən məlumatına görə, hadisə 5 saylı ictimai məktəbdə yerləşən 85 saylı seçki məntəqəsində baş verib.

Qarşıdurma “Vahid Milli Hərəkat” partiyasının müşahidəçisi və seçki komissiyasının sədri arasında yaşanıb.

Qeyd edək ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq Azərbaycanlı namizədlərə məxsusdur.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə