DSK sədri: “Marneulidə bəzi seçki məntəqələrində müşahidəçilər provokasiyaya əl atır“

DSK sədri: “Marneulidə bəzi seçki məntəqələrində müşahidəçilər provokasiyaya əl atır“

Marneulidə keçirilən mer seçkilərində saat 12-yə olan göstəricilərə görə 14000 seçici öz hüququndan istifadə edib.

REAL-ın ONA-ya istinadən məlumatına görə, bunu Marneuli Dairə Seçki Komissiyasının (DSK) sədri Koba Asanidze bildirib.

Bu, seçicilərin ümumi sayının  təxminən 14 faizini təşkil edir. K. Asanidze bu saatadək komissiyaya 10 şikayət daxil olduğunu açıqlayıb: "Bəzi seçki məntəqələrində müşahidəçilər provokasiyaya əl atır, ancaq biz belə hallara qarşı lazım olan şəkildə müdaxilə edirik".

Qeyd edək ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq azərbaycanlı namizədlərə məxsusdur.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə