Mir Şahinin vaxtı - VİDEO

Mir Şahinin vaxtı - VİDEO

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtı başladı. Bu axşam əhatə edəcəyimiz Areal:

Azərbaycan və Avropa ittifaqı ilə münasibətlər əslində necədir? Belçikada baş verənlər ən xırda detallaradək və ya Azərbaycan Brüsseli - Antiazərbaycan brüsselyozu.

Azərbaycanda Avropa finalının oyunçuları və oyunbazları üçün çoxdan unutduğumuz ingilis bayrağı. Qara piar niyə əyri bitib?

Amerika Birləşmiş Ştatları, Rusiya və Çin arasında. Bəs İran harasında? Qulağımızın dibində baş verənləri gözümüz necə görür? Düşmənlərin dostu olmaq, amma düşmən olmamaq.

Qanadı qırılmış Laçın, sındırılmış Şuşa... Laçın rayonunun daha bir ili çıxdı.

Azərbaycan diplomatiyasının ciddi uğuru

Belçikadan başlayaq. Prezidentin Brüsselə nə vaxt gedəcəyi barədə xəbər hələ heç yayılmamışdı ki, Milli Məclis sədri may ayının 13-nün anonsunu verdi. Təfərrüat xatırlatmasına getməyəcəm. Amma heç vaxt bu tip anons verməyən Birinci Millət vəkilinin elanı cəmiyyəti əsaslı diqqətə düzləndirdi. Avropa İttifaqı-Azərbaycan mövzusunda verilən ikinci, həm də daha rəsmi, deməli daha inandırıcı anons isə ilk xəbəri etibarsızlaşdırdı, amma vəziyyəti tam aydınlatmadı. Avropa İttifaqı və Azərbaycan mövzusu bir sıra müxalifət təmsilçisinə imkan verdi ki, əsl vəziyyəti yox, görmək istədikləri mənzərəni təqdim etsin. Bəri başdan deyək ki, Prezidentin Brüssel səfəri, burda keçirdiyi görüşlər Azərbaycan diplomatiyasının ciddi uğurudur və müqayisədə görmək olar ki, keçmiş sovet zonasında yerləşən bir sıra respublikaların bu qurumla yaxınlaşma cəhdləri nə qədər ağır dövlət qəzaları ilə müşayiət olunub. Avropa İttifaqına sırf Azərbaycansayağı yanaşma isə Bakını həm mümkün risklərdən qoruyur, həm də onun bu qütbə doğru addımlamasını sabitqədəm və məqsədyönlü edir. Qısası, mövzunun həm çox mühüm, həm çox həssas, həm də ağzıgöyçəklər üçün kifayət qədər qeybətyeri buraxdığını nəzərə alıb hesab etdik ki, Brüssellə əlaqə saxlayaq. Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hesoqluğundakı, səfiri, Avropa İttifaqı yanında nümyəndəliyinin rəhbəri Fuad İsgəndərovla danışaq.

Prezidentə dəstək aksiyası

Ola bilsin ki, biz də bütün sualları əhatə etmədik. Amma ümumi qənaətim belədir ki, diplomatımızla kifayət qədər açıq danışdıq. Burda örtülü bir məsələ qalmadı. Şəxsi qənaətimdir bu! Bir az da genişləndirim. Məsələn, Prezidentin Belçikaya səfəri zamanı biz iki maraqlı peyk hadisənin, yəni yedəkçi, müşayiətçi olayın şahidi olduq. Hər iki hadisənin öz marağı var idi. Birində milli, o birində isə yad maraqlar. Milli maraqlara işləyən hadisə dedikdə mən Prezidentin səfərini salamlayan Azərbaycansevərlərin keçirdiyi aksiyanı, yad maraqlara işləyən hadisə dedikdə isə bir-iki atılmışın, pərakəndə tapdığın piyada əməlini nəzərdə tuturam. Birincilərin aktı Azərbaycanı sərhəddənkənar təqdimetməyin uğurlu görünüşü idi. Doğrudur, qısa oldu, düzdür, vaxtı daha əlverişli zamana da hesablana bilərdi. Ən azı bir-iki yad havalı siyasi düdüyün səfirliyin yeni açılacaq binası həndəvərində sülənməyə başladığı vaxta. Amma hər bir halda bu aksiyadan adam öz dövlətinə görə sevinmək, onun adını, bayrağını uca tutanların əlini sıxmaq istəyir. Prezident Əliyevi səfər boyu qısamüddətli də olsa izləyən bir parça xalq havası, millət dəstəyi razılaşın ki, riqqət yaradırdı. Miqyaslı, samballı.

 

Keçi və qarğanın Qara piarı

Amma biz Azərbaycan dövləti, bayrağı ətrafında dövrə vuran bir-iki milliçəyi də gördük. Bu milliçəklər bir şey olmasa da ürək bulandırırdı. REAL Təhlil və İnformasiya Mərkəzi yaranandan bəri ilk dəfədir ki, mən o varlıq, daha doğrusu yoxluğun şəklini göstərmək istəmirəm, və göstərməyəcəm. Və təkcə bu gün yox, gələcəkdə də. Məsələn, Orduxan adını çəkəcək, amma illüstrativ olaraq başqa kadrlar göstərəcəm. Tutaq ki, qurbağa, tısbağa, koramal, donuz... Əsla təhqir etmək niyyətim yoxdur bu sözlərlə. Sadəcə ona görə ki, əslində insandan başqa heç bir varlığın konkret adı yoxdur. Məsələn nə çaqqal bilir ki, adı çaqqaldı, nə at adının at olduğunu bilir, nə də uzunqulaq. Ona görə də şərti olaraq bu adlarla keçinəcəyik. Məsələn bundan sonra Orduxandan danışanda məsələn belə bir canlı (keçi) göstərəcəm. başqa yolum yoxdur. Çünki bu yoxluq hər şeyi səhv başa düşür. Elə bilir ki, reklam olunur. Anlaya bilmir ki, biz onu yalnız bir səbəbdən göstəririk ki, nə qədər böyük bir ayıb olduğunu başqaları görsün. Onu görənlər anlasınlar ki, siyasi insest, ana vətəni, anasını, vətənini zorlamaq cəhdi murdarlıqdır. Bu yoxluq Pavlovun personajı tək heç olmasa şərti refleks səviyyəsində düşünsün ki, ən azı Bulqakovun Şarikovuna çatması üçün etməli olduğu nələrsə var. O şərti refleks səviyyəsində hiss etsin ki, Azərbaycanın düşmənlərilə bir sırada, hətta onlardan artıq, daha doğrusu əskik olmaqla nə vaxtsa geriyə qayıtmaq üçün ola biləcək körpüləri yandırıb. Amma o elə başa düşür ki, bu onun reklamıdır. Özünün qadın formasında təcəssümü, Osmanqızı ilə bir kadrda sırtıq-sırtıq irişir. Yeri gəlmişkən, ona da uyğun şəkil tapmışam. Bundan sonra mən Osmanqızını bu kadr altında göstərəcəm. Qarğa. Bu dəfə qarğa. Təhqir deyil bu. ATƏT-ə, Fredom hous-a filana əziyyət vermə. Alleqoriyadı. Niyə mən belə aşağı yanaşıram onlara? Ona görə ki, bu yoxluqlar hələ də anlamırlar ki, hər dəqiqə Azərbaycana xəyanət etməklə məşğuldurlar. Onlar kiməsə irad tutmaq, ittiham irəli sürmək, tənqid etmək haqqını çoxdan itiriblər. Məsələn, onlar ən ağır ittiham mətni olaraq nələrdən danışa bilərlər? Tutaq ki, kiməsə korrupsioner deyə, oğru deyə bilərlər. Ay çapdı, ay taladı filan deyə bilərlər... Amma axı onların yuvarlandığı daha ağır, daha böyük, ən ağır, ən böyük cinayətdir. Onlar bütün cinayətlərin ən ağırını edirlər. Vətənə xəyanət. Özü də bunu sübut etməyə ehtiyac da yoxdur. Hər çıxışları dəlildi, sübutdur! Bu yoxluqların etdiklərinin söz azadlığına, mətbuat azadlığına qətiyyən dəxli yoxdur. Onlar İkinci Dünya müharibəsində faşistlərə qoşularaq özününkülərə xain kəsilənlərin, onları bir-bir tanıtdırıb güllələnməyə, qaz kameralarına, konslaqerlərə göndərənlərdən fərqlənmirlər. Onların genetik davamı, mənəvi davamıdırlar. Bəlkə də bu yoxluqları ucdantutma bütün televiziya kanallarında nümayiş etdirmək, hara gəldi kadrlarını vurmaq, səxavətlə nümayiş etdirmək lazım deyildi. Görün neçə vaxtdır ki, deyirəm, çağırıram, müraciət edirəm, ay qardaş və bacılar, ay ütülü-kraxmallı, qalstuklu-kəkilli, eynəkli-köynəkli kolba ziyalıları! Onlara dəyirmi masalar həsr etməyin. Kiməsə özünüzü göstərmək naminə yox, daxili səsinizin tələbilə atın addımlarınızı. Kompüterlərdə, noutbooklarda, sosial şəbəkələrdə, öz adınızla, soyadınızla çıxın bu virusların qarşısına. Şəxsi tədbirlərinizin, ad günlərinizin, toy düyünlərinizin şəkilləri əvəzinə onların iş üzünü açın. Pop korn vətənpərvərliyini buraxın. Vətənüzinaları ictimai lənətə bələyin. İnstaqramda, twitterdə, facebookda cavab verin bu mikroblara. Öz aşkar, aydın bilinən mövqeyinizlə. Hər dəfə riyakarcasına mənə zəng vurub “sağ ol, Ağa, ürəyimdən tikan çıxartdın! Ürəyimdən dedin!” deməyin. Özünüz çıxarın bu lənətə gəlmiş tikanı ürəyinizdən. Kimisə irəli buraxıb arxasında fərarilik etməyin. Televiziya kanalları o davanın o şəkildə yeri deyil. Hər kəs öz şəxsi səhifəsini, şəxsi hesabını istehkama çevirməlidir. Bu həftə nə qədər millət vəkili müxtəlif televiziya kanallarında Orduxana qidlik, bələdçilik edib. Əla reklam kompaniyası aparıb. Doğrudanmı millət vəkillərinin televiziyada müzakirə etməyə başqa vacib mövzuları yoxdur. Vicdanı narahat edir, şəxsi səhifəsində açsın davanı. Amma edə bilmir bunu orda. Ona görə ki, yaxınları var, qohumları var, onlardan eşidə biləcəyi “nə işin var, ağsaqqal vaxtında niyə özünü söydürürsən?-deyə eşidəcəyi məzəmətlər var, oturmaq istədiyi ehtiyat kreslo ümidi var. Bir ovuc milliçəyin qabağından qaçır, amma eyni zamanda gərək hakimiyyət görsün axı bu adam dövlətlədir. Onu müdafiə edir. Əvəzində də belə effekt alınır. Antireklam da reklamdır qanunu işə düşür. Deputatların kanal mənim, kanal sənin bu yoxluqların boğazına ip, zəncir salıb camaata göstərməsinə, bu şəkildə afişalandırmasına ehtiyac yoxdur. Maraqlıdır ki, həmin alovlu tribunlar sosial şəbəkədə, öz səhifələrində yenə də məzlum, yenə də fağır idilər. Yoxlamışam. Mediya kapitanları adlandırdığımız nüfuzlu qələm adamları şəxsi hesablarında özlərini, ləyaqət mövqelərini ortaya qoymalıdırlar. Mən belə hesab edirəm və buna çağırıram. Özü də o iki cüt bir tək yoxluqlar yalnız ona görə bizə maraqlı olmalıdırlar ki, xarici kəşfiyyatın əlində girovdurlar. Xüsusi xidmət orqanlarının, separatçı rejimin xaricdəki əlaltıları, alətləridir. Unutmayaq: bu yoxluqlar nə qədər ki, adam içinə çıxmağa xəcalət çəkmirlər, hələ də özlərinə bir ovuc tərəfdar tapırlar, dayanmaq olmaz. Amma sosial şəbəkələrdə! Ən bəsit beyinlər də dərk edir ki, siyasi parazitdi Orduxan, sahibsiz, zənciri, xamutu separatçı ermənilərin əlində olan biridir. Savadsız, cahil, zavallı, tərbiyəssizin biri. Onunku brüssel yox Brüsselyoz ola bilər. Təsəvvür edin: bu zavallı hələ də anlamır ki, Prezidentin avtomobili boş olanda belə ona hərbi salam verilir, ona görə ki, o dövlətin rəmzidir. O avtomobilin şüşəsində bayrağımızın əksi var. Amma buna baxmayaraq həqarət edi. Laçın və Şuşanın işğal tarixi rayonlarında Qarabağın işğalda olmasından, dövlətin pozulmuş ərazi bütövlüyündən danışmır. Amma Azərbaycan Dövləti əleyhinə, Ali Baş komandan əleyhinə çağırışlar edir. Dövlətin rəmzini təhqir edir. Bu yoxluq sadəcə bədbəxtdir! Osmanqızı isə artıq tam çılpaqlığı ilə ifşa olunub. Biz ifşa etməmişik ha. Özü bizdən 3 saat əvvəl. Şəxsən mən artıq Osmanqızı səhifəsini özüm üçün qapanmış hesab edirəm. Bu formasız, məzmunsuz nəfəs porşeninin nə qədər misgin, rəzil olduğunu bu yaxınlarda gördüm. Başdan ayağa yalandan, uydurmadan ibarət olan bu arvadın başqa özükimilərdən heç bir fərqi yoxdur. Bu gün bu kadr altında təqdim etdiyim nəfəs porşeni sabah özünü başqa altlarda və altlıqlarda da görə bilərl. Alt sözünü də ehtiyatla deyirəm ki, Osmanqızı başqa altla qarışdırmasın. Sonra çıxıb BMT-yə müraciət edər ki, altım belə, üstüm belə. Baxmayaraq ki çoxdan alt-üst edib özünü! Elə gözəl başa düşürəm bu yoxluqları. Yəqin, hər dəfə düşünürlər ki, biz onların hansısa fəaliyyətinin siyasi təhlilini aparacaq, barələrində ciddi-ciddi danışacaq, bununla da onları hörmətə mindirəcəyik. Qeyri peşəkar, mətbəx dedi-qodusu səviyyəsində olan gəvəzələmələrilə nə qədər düşük və əttökən olduqlarını heç anlamırlar. Belə məxluqların guya kasıbların ehtiyacının çağırışçısı kimi özünütəqdim etmələrində də bir maska var. Onları sadəcə paxıllıq danışdırır. Onda var məndə yoxdur-un hikkəsi danışdırır. Azərbaycanın a bort etdiyi, yəni bortsuz edib kənara atdığı bu yoxluqların sabah soyadlarında məsələn yan şəkilçisi peyda olsa əsla təəccüblənmərəm. Nə fərqi var ki, Osmanqızının atasının şəhid olduğu helikopterə atəşi kim açıb?! Mirzəyeva, ya Mirzoyan? Yaxud dövlət xaini, erməniyə bağışlanmış Orduxan Cəbrayıl rayonunun işğal olunmasında ermənilərlə birlikdə iştirak edib. Bu yoxluqlar unudub ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Və onların hər gün iftira və təhdid hədəfinə çevirməyə çalışdığı Ali Baş komandan Qarabağ məsələsini həm də ona görə həll etməyə çalışır ki, Osmanqızının atasının ruhu şad olsun, Orduxanın Cəbrayılda it hürüşünə tay olan dədə-babasının ruhu rahatlıq tapsın. Brüssel təkcə Azərbaycanın Avropadakı yerinin yuxarı başını yox, antiAzərbaycan qüvvələrin aşağı, alçaq başlarını da göstərdi. Şəbəkə böcəklərinin sonunun baş verdiyini gördük. Onlar nümayiş etdirdilər ki, bir-iki nəfərdirlər. Təsəvvür edin. Neçə gün idi ki, çağırış edilirdi, Azərbaycana qarşı aksiyaya dəvət edirlərdi. Hətta ünvanına qədər göstərilirdi. Amma sonda nə oldu? Sonda elə son oldu. Bir nəfər telefonunda canlı yayım təşkil edərək mırıldana-donquldana o yana gedir, bu yana gedir. O biri nəfər də elə həmin həndəvərdə özünü, üzünü gizlədə gizlədə dolaşır. Hətta canlı yayım belə onların sayını artırmır. Bu detala fikir vermisiniz? Heç kim Orduxana toxunmur, rahat-rahat ağzına gələni çərənliyir, əslində ətrafına daha çox adam yığılsın deyə özünə əl qatır. Amma axırda tək qalır! Tək! Bu Azərbaycandan kənarda antidövlət fəaliyyət göstərən bir qrupun tam iflasıdır. Avropa Azərbaycanda boyda Azərbaycan boyda faydasını, strateji maraqlarının mühüm bir hissəsini görür, onunla gələn möhtəşəm gələcəyin addım səslərini eşidir, daha hansısa milliçəylərin vızıltısını yox.

Bakıda səbirsizliklə gözlənilən Arsenal-Çelsi oyunu ətrafında aparılan Qara piar-ın kimə və nə üçün lazım olduğu barədə də danışmaq olar. Bu günlər Avropada üç prioritet şəhər var. Tel-Əviv, Madrid və Bakı. Birincisi Avroviziya finalına, ikincisi UEFA Çempionlar kubokuna, üçüncüsü isə Avropa kubokunun finalına görə. Amansız rəqabət gedir. Özü də Bakı ətrafında aparılan Qara Piar əslində mayın 29-na hesablanmayıb. Onsuz da oyuna mane olmaq mümkün deyil. Bilet də satılıb, osmanqızılar da. Vaxt da, tamaşaçı da məlumdur. Qara piar isə Bakının gələcək namizədliklərinə problem yaratmağa hesablanıb. Və bu da təbiidir. Avroviziyanın finalı, Formula-1 yarışları, Avropa oyunları ərəfəsində Bakının itləri belə dırnaqarası hörmətə minməmişdimi? Həmin vəziyyətdi də eynilə. Azadlıq! Azadlıq! Azadlıq! Tələb edirlər itə azadlıq veririk, oluruq pis, küşələrdən yığışdırırıq, oluruq diktator! Yaxşısı budur ki, oyuna hazırlaşaq! bizim asayiş keşikçilərimiz də yəqin qızğın-quzğun ingilis azarkeşlərinə ev tapşırığı hazırlamalıdır. Ona görə ki, bu fanatların əlində adi pivə parçı belə soyuq silaha dönə bilir. Bəlkə elə bir provakasiya düşünüblər! Bakını da bu qara piar-la indidən həmin hadisəyə hazırlayırlar ki, sonradan desinlər, gördüz, vot! Ona görə də ən yaxşı Avroviziya, ən yaxşı Avropa Oyunları, ən yaxşı Formula 1 ənənəsini davam etdirmək, Arsenal-Çelsi finalını da ən yaxşılar yaxşısı etməliyik. Pis adamların Arsenalı üçün heç nə saxlamayaq, ən pis halda isə yadda qalsın ki, Çelsi həm də it adıdır... Amma şən və xeyirxah! Amerikanın keçmiş prezidentlərindən birinin qızının iti kimi.

Amerika-İran qarşıdurmasından danışaq. Okeanın o tayından burnumuzun ucuna daşınan nəhəng hərbi texnika, dünyanın ən böyük donanması hər halda qızıl balıq tutmağa gəlməyib. Əliyev son dərəcə mürəkkəb geosiyasi şəraitdə həm Vaşinqtonla, həm Tehranla, həm Pekinlə, həm də Moskvayla ideal münasibətlər saxlaya bilir. Təsəvvür edirsiz: Azərbaycan Rusiya ilə də, Amerika ilə də strateji tərəfdaşdır. O Rusiya və o Amerika Birləşmiş Ştatları ilə ki faktiki olaraq bir-birilə üz-üzə dayanıb. Azərbaycan İranla yaxın dostdur. O iranla ki, Bakının yaxın tərəfdaşı Vaşinqton onun üstünə qoşun çəkir. Hər dəqiqə müharibə başlaya bilər. Və Tehran da Bakı-Vaşinqton təmasına baxmayaraq Azərbaycanı regionda ən etibarlı dostu sayır. Bakı bir tərəfdən Pekinlə əla münasibətlərə malikdir. O Pekinlə ki, Tramp həftə səkkiz mən doqquz bəyan edir ki, butulkadan Çin çıxıb. Hər dəqiqə o qədər proqnozlaşdırılmaz hadisələr baş verə bilər ki. Hər dəfə obıvatellərin mətbəx-yengə səviyyəsinfə hakimiyyəti ağıllı-ağıllı günahlandırması ki, Qarabağı ala bilmir, 26 ildir ki, danışıq aparırıq, faydası yoxdur, bilirsiz məndə hansı sualı yaradır. 26 ildir ki, dünya gücləri məhz Əliyevlər hakimiyyətindən Qarabağı rəsmən alıb ermənilərə verə bilmir. Söhbət Qarabağı ala bilməmək deyil. Bir qarış torpağı belə rəsmən verməmək qətiyyətidir. Budur Əliyev hakimiyyətinin gücü. Və statistika üçün bir məlumat da: İlham Əliyev yeganə prezidentdir ki, ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan bir metr belə torpaq itirməyib. Əksinə xeyli ərazi azad edib.

 

Müxalifətin xaos qrupu

Bu günlərdə Surət Hüseynovun korpus komandiri olduğu dövrdə Azərbaycanın Baş Prokuroru olmuş İxtiyar Şirinovun hakimiyyəti Qarabağ məsələsində qətiyyətsizlik nümayiş etdirməkdə günahlandırdığı bir çıxışını dinlədim. Və acı təəssüflə. Bu, bir iki silahlının təzyiqi altında öz Ali Baş komandanının, Əbülfəz Elçibəyin həbsinə sanksiya imzalamış adam bu qədər dövlətin təzyiqi altında Azərbaycanın müstəqilliyini qorumağı bacaran, onu Avropanın liderləri ilə rəqabətə layiq edən İlham Əliyevə irad tutur... Əfsus və Hayıf bir adam! Əlbəttə qətiyyətlidir özü. Gö....zünün qorxusundan ali baş komandanının həbsinə sanksiya vermək hər kişinin işi deyil. Axı tarix var. Bir neçə gün də keçəcək və biz 1993-ücü ilin iyununu xatırlayacağıq. Həmin o İxtiyari, biixtiyari Gəncə hadisələrini. Və o tarixi sanksiya qətiyyətini də. Bu həftə isə Laçının işğalının daha bir ili çıxdı. 27 il. Dərdin statistikasını aparmağa öyrəşmişik. Deyəsən artıq orta statistik milli kədərə də sahib deyilik. Unuduruq. Amma unutmamalıyıq. Rəhim Qazıyev kimi. İsgəndər Həmidov, İsa Qəmbər kimi. Daha doğrusu onları bir yerdə unutmamalıyıq. Mənə qalsaydı, 1992-ci ilin may ayının 15-də Milli Məclisin alnının düz ortasından atmış qranatamyot qəlpəsinin yerini bağlamazdım. Öz qanunverici orqanını gülləbarana tutan insanların keçmişini onların gözünə soxardım. O günlər Azərbaycanın iki hissəsində atışma gedirdi. Bir atışma Laçında. Orda ermənilər atırdı. Bir atşıma da Bakıda. Bizimkilər atırdı. Bizimki hesab etdiklərimiz. Milli Məclisə yürüş edirdilər. Necə deyərlər, Bakıda açdıqları atəşlə Laçında erməni silahlılarına dəstək verirdilər. Verirdilər ki, Laçını ələ keçirsinlər. Keçirdilər də. Həmin Laçındı yenə. Qalıb orda. Və həmin müxalifətdi yenə. Qalıb burda. Elə bil dejavyudu e. Sanki müxalifətin xaos qrupu yenə də daxildə vəziyyəti qarışdırmaq, idarəolunmazlaşdırmaq, sonra da ermənilərə növbəti rayon qurbanı kəsmək üçün şalışır. Yenə də Qarabağın Taleyi Bakıda həll olunur deyənlər...

1992-cü ilin elə bu vaxtları idi. Müxalifət hakimiyyəti ələ keçirmişdi. Müsahibə alırdım. Laçın artıq işğal edilmişdi. Müsahibə çox ağır gedirdi. Rayonu geriyə ala biləcəyimiz, bilməyəcəyimiz barədə idi suallarım. Qəhər boğurdu məni. Elçibəy komandasının nüfuzlu üzvlərindən biri mənə təskinlik verməyə çalışdı. Səmimiyyətlə dedi: “Seyid, darıxma e, Qarabağ şikəstəsi oxuya-oxuya qaytaracağıq Laçını!” İndi o bəy sağdır və əminəm ki bu dəqiqə mənə baxır: Soruşmaq istəyirəm: Bəy, indi bizi Laçından neçə zəngulə ayırır? Və indi kimin sifarişilə oxuyursunuz?

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə