Gürcüstan DİN: “Seçki məntəqələrində 5 nəfər saxlanılıb“

Gürcüstan DİN: “Seçki məntəqələrində 5 nəfər saxlanılıb“

Gürcüstanda polis seçki məntəqələrində baş verən insidentlərlə əlaqədar 5 nəfəri saxlayıb.

REAL-ın ONA-ya istinadən məlumatına görə, bunu Gürcüstan Daxili işlər nazirinin müavini Natia Mezvrişvili bildirib.

Saxlanılanlar iqtidar partiyası da daxil olmaqla, müxtəlif partiyaların üzvləridir.

Qeyd edək ki, bu gün Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli, o cümlədən Zestafoni, Xulo, Çiatura və Zuqdidinin meri postuna seçkilər keçirilir. Saqareco, Ahmeta, Adigeni, Tkibuli, Zestafoni, Çiatura, Ozurqeti və Tsxaltuboda bələdiyyə Məclisinin üzvləri də seçiləcək.

Paralel olaraq Salome Zurabişvilinin prezident seçilməsi ilə əlaqədar Tbilisidə Mtatsminda majoritar dairəsində aralıq parlament seçkiləri keçirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə