İmtahan bitdi - VİDEO

İmtahan bitdi - VİDEO
Abituriyentlər II və III ixtisas qrupları üzrə imtahan verdi

Bu gün 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

İmtahanda hər iki qrup üzrə abituriyentlərə 90 tapşırıq və tapşırıqları cavablandırmaq üçün 3 saat vaxt verilib.

Saat 11:00-ı göstərir. Bütün otaqlarda sakitlikdir. Amma imtahan binasının qarşısında böyük təlaş və həyəcana şahidlik edirik.

Övladlarına dəstək olmaq üçün binanın qarşısında gözləyən valideynlərin həyəcanı gözlərindən oxunur.

İmtahanın başlamasından iki saat keçib. Artıq abituriyentlər arasında otaqları tərk yavaş-yavaş edənlər var. Görünür, həmin abituriyentlər üçün sualları cavablandırmaq asan olub. Amma tapşırıqların çətin olduğunu deyənlər də var.

İmtahan prosesini izlədiyimiz məktəbdə hər hansı qanun pozuntu aşkarlanmadı.

İmtahanların idarə olunmasına 257 imtahan rəhbəri və 2845 nəzarətçi-müəllim cəlb olunub.

İmtahan ölkənin 11 şəhərində ümumilikdə 66 binada aparılıb. İmtahanda 35422 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14031 abituriyent II qrup üzrə, 21391 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 32585 nəfəri Azərbaycan bölməsinin 2837 nəfəri isə rus bölməsinin məzunudur.

30654 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3786 nəfər əvvəlki illərin məzunlarıdır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə