Ukrayna göyərtəsinə azərbaycanlının olduğu gəmi ilə əlaqədar Misirə nota verib

Ukrayna göyərtəsinə azərbaycanlının olduğu gəmi ilə əlaqədar Misirə nota verib

Ukraynanın Misirdəki səfirliyi Misir Xarici İşlər Nazirliyinə nota təqdim edib.

REAL xəbər verir ki, ONA-nın "Ukrinform" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb mayın 18-də göyərtəsində 17 Ukryna vətəndaşı,  1 Azərbaycan,  11 Filippin, Şri-Lanka və Hindistan, o cümlədən Krımdan olan 2 dənizçinin olduğu "Sea Shark" tankerinin Misir hərbi donanması tərəfindən saxlanılmasıdır.

Qeyd edək ki, mayın 18-də "Sea Shark" tankeri Misir donanması tərəfindən saxlanılıb. Gəminin heyət üzvləri faktiki girov götürülüb. Hərbçilər gəmiyə yükün qanunsuz yükləndiyini iddia edirlər. 11 milyon barel neftin yükləndiyi tanker  hazırda Misirin Ayn-Soxna kurort rayonunda limanındadır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə