Gürcüstanda seçkilər başa çatıb - VİDEO

Gürcüstanda seçkilər başa çatıb - VİDEO
İ.Hüseynov: Nəticələr günün sonuna qədər açıqlanacaq

Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermə başa çatıb.

Saat 20:00-da səsvermə keçirilən 410 məntəqə bağlanıb.

Bu barədə REAL-a jurnalist İlkin Hüseynov məlumat verdi.

Səsvermə ilə bağlı ilkin nəticələrin günün sonuna qədər elan olunacağı gözlənilir.

Qeyd edək ki, bugünkü seçkilərdə Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Marneuli, Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına isə icra başçılarının seçilməsi üzrə səsvermə keçirilib. Aralıq seçkilərdə isə Tbilisinin Mtatsminda rayonunun seçiciləri parlamentə majoritar deputat seçiblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə