Astarada ağır yol qəzası olub, ölən və yaralanan var

Astarada ağır yol qəzası olub, ölən və yaralanan var

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REAL "Report"a istinadən xəbər verir ki, yük maşını ilə minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı "təcili yardım" avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən şəxs isə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib. 

Ölən və yaralanan şəxsin kimlikləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə