Alen Delon Kann festivalının mükafatına layiq görülüb

Alen Delon Kann festivalının mükafatına layiq görülüb

Əfsanəvi fransız aktyor Alen Delon Kann kinofestivalının fəxri “Qızıl palma" mükafatı ilə təltif olunub.

REAL ONA-ya istinadla xəbər verir ki, mükafatlandırma mərasimi Delonun baş rolda oynadığı, 1976-cı ildə çəkilmiş “Müsyö Klyayn” filminin nümayişindən sonra keçirilib. 

Aktyorun sözlərinə görə, uzun müddət mükafatı götürməkdə tərəddüd etsə də, sonradan nə vaxtsa birlikdə çalışdığı rejissorlara ehtiramını bildirmək qərarına gəlib.

“Mən lazımsız döyüşdə iştirak etmək istəməyən boksçu kimiyəm, gərəksiz filmdə çəkilmək istəmirəm”, – Delon deyib.

Qeyd edək ki, 83 yaşlı aktyor teatrda çalışır və teleseriallara çəkilir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə