Arif Məlikovun heykəlinin hazırlanması ilə bağlı komissiya yaradılacaq

Arif Məlikovun heykəlinin hazırlanması ilə bağlı komissiya yaradılacaq

“SSRİ xalq artisti Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı komissiya yaradılacaq”.

REAL ONA-ya istinadla xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, bununla bağlı Prezident İlham Əliyev xüsusi tapşırıq verib: “Həmin Komissiya heykəlin harada qoyulması, hansı üslubda olmasını müəyyənləşdirəcək.

Heykəlin qoyulması bir günün işi deyil, ona görə də buna zaman lazımdır. Həm heykəltəraşlar, həm memarlarla aparılan müzakirələrdən sonra Komissiya tərəfindən iş yekunlaşdırılacaq və rəhbərliyə təqdim olunacaq”.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə