Marneulinin yeni meri - VİDEO

Marneulinin yeni meri - VİDEO
Zaur Darğallı planlarını REAL-a açıqladı

İndiyə kimi bildiyim işlə məşğul olmuşam. Hazırda da böyük işlər uğrunda çalışırıq. Bu fikirlər Marneulidə keçirilən mer seçkilərinin qalibi Gürcü Arzusu partiyasının namizədi azərbaycanlı Zaur Darğallıya məxsusdur.

Zaur Darğallı 31 yaşı var. Marneulidə anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib.

2007-2009-cu illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib, qeyri-hökumət təşkilatlarında çalışıb. Marneuli Gənclər Mərkəzində bir sıra layihələrə rəhbərlik edib. Dövlət nazirinin köməkçisi, Kvemo Kartli bölgəsinin qubernator müavini olub.

Böyük səs çoxluğu ilə Marneulinin icra başçısı seçilib. Marneulinin yeni icra başçısı REAL-a müsahibəsində üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmək, insanları dinləyib, problemlərini həll etmək, cəmiyyətə faydalı bir iş görməyin insana yaxşı hisslər bəxş etdiyini deyir. Hədəflərini də açıqlayır. 

Ən başlıca istəyim problemləri qısa zaman kəsiyində həll etməkdir deyən 78,75 faiz səs çoxluğu ilə qalib gələrək Marneulinin icra başçısı seçilən Zaur Darğallıya ümidlər böyükdür. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə