Rəqabət məcəlləsi hazırlanacaq - VİDEO

Rəqabət məcəlləsi hazırlanacaq - VİDEO
Məhkəmə-hüquq islahatları sahibkarlarla müzakirə edilib

Azərbaycanda 2019-2020-ci illərdə Rəqabət Məcəlləsinin hazırlanması prioritet məsələdir.

Bunu Birinci Vitse-prezidentin köməkçisi Gündüz Kərimov məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı deyib. 

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə İş və Hərbi Məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev də çıxışında Azərbaycanda bütün sahələrdə islahatların davam etdiyini bildirib. Onun sözlərinə görə, bu islahatlar məhkəmə-hüquq sistemindən də yan ötməyib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyini İdarə Heyətinin sədri Orxan Məmmədov isə qeyd edib ki, hakimlərin sahibkarlıqla bağlı biliklərinin artırılmasına, məhkəmə sistemində elektron kargüzarlığa keçidə, məhkəmə qərarlarının məzmununun sadələşdirilməsinə zərurət var. Ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib ki, məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 000-i ötüb. Bu müraciətlərin 1000-i iqtisadi mübahisələrlə bağlı olub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə