Sənədsiz evlərə “əmlak amnistiyası“ - VİDEO

Sənədsiz evlərə “əmlak amnistiyası“ - VİDEO
Sənədsiz həyət evləri ilə bağlı təkliflər paketi hazırlanır

İqtisadi və Sosial İnkişaf mərkəzi sənədsiz inşa edilən tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketi hazırlayaraq hökumətə təqdim edib.

Sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı artıq hökumət tərəfindən paketin hazırlanıb başa çatması prosesi gedir.

Prezidentin sənədsiz evlərin özəlləşdirilməsi ilə bağlı problemin həll edilməsi üçün verdiyi tapşırığından sonra bu məsələ ilə əlaqədar formalaşdırılmış komissiyanın fəaliyyətinin güclənməsi hiss olunur.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzin rəhbəri Vüqar Bayramlı REAL tv-yə açıqlamasında bildirdi.

Vüqar Bayramlının sözlərinə görə, Rusiya modelindən daha çox istifadə olunması gözlənilir. Yəni “əmlak amnistiyası”nın verilməsi. Bu zaman əmlaka cüzi ödəniş haqqı, rüsum müəyyənləşdirilməklə sənədsiz evlərin sənədləşməsi gözlənilir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısı tərəfindən sənədsiz evlər məsələsinin həll olunması ilə bağlı tapşırıq aldığını açıqlayıb. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən işçi qrup yaradılıb və Bakı şəhərinin bütün qəsəbələrinin sakinlərini narahat edən bu məsələnin həlli üçün əlaqədar qurumlarla birgə işlər aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə