Deputat: Statistika Komitəsinin sədri bazara, marketə gedir, ya yox, nəyin qiyməti azalıb?

Deputat: Statistika Komitəsinin sədri bazara, marketə gedir, ya yox, nəyin qiyməti azalıb?

“Statistika Komitəsinin məlumatında bildirilir ki, istehlak qiymətləri 14,7% azalıb. Bu barədə Hesablama Palatasını da rəyi var. Mən bilmirəm Statistika Komitəsinin sədri bazara, marketlərə gedir, ya yox. Azərbaycanda nəyin qiyməti azalıb?”

REAL ONA-ya istinadla xəbər verir ki, bunu bu gün millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

V.Əhmədov deyib ki, bu il qiymətlərin azaldığını hiss etməyib: “Əksinə, qiymətlər artıb. Bu məsələni digər həmkarlarım da Milli Məclisdə qaldırıb. Danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun”. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə