Həmsədrlər regiona səfər çərçivəsində Dağlıq Qarabağa da gələcəklər

Həmsədrlər regiona səfər çərçivəsində Dağlıq Qarabağa da gələcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) may ayının sonunda regiona səfər edəcəklər.

REAL ONA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan bildirib.

Onun szölərinə görə, həmsədrlər İrəvan, Xankəndi və Bakıya səfər edəcəklər.

“Atılacaq növbəti addımlar bu görüşdə müzakirə olunacaq”, - deyə A. Naqdalyan bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da həmsədrlərin bu ayın sonunda regiona səfərinin gözlənildiyini bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə