Meksikaya gedən azərbaycanlı turistlərin sayı artıb

Meksikaya gedən azərbaycanlı turistlərin sayı artıb

"2018-ci ildə Azərbaycana səfər edən meksikalı turistlərin sayı artıb".

REAL ONA-ya istinadla xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardin keçirdiyi mətbuat konfransında bildirib.

Səfir bildirib ki, 2017-2018-ci illərdə Azərbaycana gələn meksikalı turistlərin sayı 9 faiz, Meksikaya gedən azərbaycanlı turistlərin sayı isə 20 faiz artıb.

R. Labardinin sözlərinə görə, azərbaycanlı turistlər daha çox Kankun və Mexikonu ziyarət edirlər.

O qeyd edib ki, Meksika Azərbaycanda mədəni tədbirlərin keçirilməsinə də xüsusi əhəmiyyət verir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə