Azərbaycanın dövlət borcunun ümumi məbləği açıqlanıb

Azərbaycanın dövlət borcunun ümumi məbləği açıqlanıb

Azərbaycanın dövlət borcunun ümumi məbləği bəlli olub.

REAL-ın ONA-ya istinadən məlumatına görə, ““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib ki, 2019-cu ilin 1 yanvar tarixinə dövlət borcunun ümumi məbləği 16496,2 milyon manat olub. Bu, 2018-ci il üzrə ÜDM-ə nisbəti 20,7 faiz, adambaşına düşən borc isə manat ifadəsi ilə 1653, 9 manat təşkil edib.

Ümumi dövlət borcunun məbləğinin 15176 milyon manatı (92 faizi) xarici dövlət borcuna, 1320,2 milyon manatı isə (8 faizi) daxili dövlət borcuna aid olub.

 ““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə