“Səngəçal“ stansiyasında bərpa işləri - VİDEO

“Səngəçal“ stansiyasında bərpa işləri - VİDEO
Elektrik stansiyasında itirilmiş 62 mvt güc bərpa edilib

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, “Səngəçal” Elektrik Stansiyasında da itirilmiş “gücün” bərpa edilməsi istiqamətində işləri davam etdirir.

Qeyd edək ki, ötən ilin payızında qəbul edilən “Peabilitasiya Proqramına” qədər Səngəçal Elektrik stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi.

Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində itirilmiş güc bərpa edilib. Eyni zamanda, işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatın isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub. 

Qeyd edək ki, “Azərenerji” ASC Reablitasiya proqramı çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası başda olmaqla əksər istilik, su və kiçik elektrik stansiyalarında yenidənqurma, təmir-bərpa işləri həyata keçirir. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə