Ağdamda çayın daşması nəticəsində köməksiz vəziyyətdə qalan çobanlar xilas edilib

Ağdamda çayın daşması nəticəsində köməksiz vəziyyətdə qalan çobanlar xilas edilib

Ağdam rayonunda Qarqarçay çayında daşqın baş verib.

Fövqəladə Hallar Nazirliyindən REAL-a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qarqarçay çayında suyun səviyyəsi kəskin artıb, nəticədə çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb. 

Nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə