“Çelsi” Bakı səfəri öncəsi fransalı hücumçu ilə müqaviləni uzadıb

“Çelsi” Bakı səfəri öncəsi fransalı hücumçu ilə müqaviləni uzadıb

İngiltərənin “Çelsi” klubu futbolçusu Olivye Jiru ilə yeni müqavilə imzalayıb.

REAL ONA-ya istinadla xəbər verir ki, Fransa millisinin hücumçusu ilə anlaşma daha bir illik uzadılıb.

O.Jiru 2019/20 mövsümündə də “Çelsi”nin şərəfini qoruyacaq. 2018-ci ildən London klubunda çıxış edən forvard cari mövsüm Premyer Liqanın 27 matçında 2 qol vurub.

Qeyd edək ki, “Çelsi” cari mövsümdə son oyununu mayın 29-da Bakıda keçirəcək. Londonlular Avropa Liqasının finalında həmşəhərliləri “Arsenal”la görüşəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə