UEFA Mxitaryanın Bakıya gətirilməməsinə münasibət bildirib

UEFA Mxitaryanın Bakıya gətirilməməsinə münasibət bildirib

UEFA İngiltərənin "Arsenal" klubunun futbolçusu Henrix Mxitaryanı Bakıdakı Avropa Liqasının finalına gətirməməsinə münasibət bildirib.

REAL "Report"a istinadən xəbər verir ki, qurum bunun 30 yaşlı yarımmüdafiəçinin şəxsi qərarı olduğunu vurğulayıb.

Bildirilib ki, UEFA Mxitaryan üçün London təmsilçisinə böyük təhlükəsizlik planı təqdim edib: "UEFA oyunçu ilə bağlı Azərbaycanın ali hakimiyyət orqanlarından təhlükəsizliyi ilə bağlı təminat alıb. Bu zəmanətlər nəticəsində hərtərəfli təhlükəsizlik planı hazırlanaraq kluba verilib. "Arsenal" UEFA və Azərbaycan hökumətinin bu məsələdə səy göstərdiyini qəbul edir. Biz klubun futbolçu ilə finala getməmə qərarına hörmətlə yanaşırıq". 

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Çelsi” ilə qarşılaşacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə