Sokratis Papastatopulos: “Bakıdakı finalı qazanmalıyıq“

Sokratis Papastatopulos: “Bakıdakı finalı qazanmalıyıq“

“Bakıya əlimizdən gələni etmək üçün gedirik. Bu yarışın nə qədər əhəmiyyətli olduğunun fərqindəyik”.

REAL xəbər verir ki, bunu İngiltərənin “Arsenal” klubunun futbolçusu Sokratis Papastatopulos ONA-nın London bürosuna açıqlamasında deyib.

31 yaşlı yunanıstanlı müdafiəçi komandasının bu gün keçirilən açıq məşqindən sonra Avropa Liqasının Bakıda baş tutacaq final oyunu barədə fikirlərini açıqlayıb. S. Papastatopulos bildirib ki, mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq görüşə qələbə iddiası ilə çıxacaq: “İlin əvvəlində biz demişdik ki, ən yaxşı dörd komanda arasında olmaq istəyirik. Bakıdakı finalı qazanmalıyıq. Final bütün oyunlardan fərqlənir. Tamamilə bu qarşılaşmaya köklənməliyik. “Çelsi” ilə matçda səhvlər etməməliyik”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə