Petro Poroşenkoya cinayət işi açılıb

Petro Poroşenkoya cinayət işi açılıb

Ukrayna Dövlət İstintaq Bürosu ölkənin sabiq prezidenti Petro Poroşenkoya qarşı cinayət işi açıb.

REAL “Report”a istinadən xəbər verir ki, o, ötən il noyabrın 25-də Kerç boğazında ölkənin hərbi donanmasına məxsus katerlərin Rusiya hərbi gəmilərinin hücumuna məruz qalması işi üzrə ittiham olunur.

Bildirilib ki, hakimiyyət orqanlarında yüksək vəzifələr tutan şəxslərin dövlət xəyanəti, Konstitusiya quruluşunu zorla dəyişdirilməsi və ya devrilməsi, hakimiyyət və ya xidməti səlahiyyətləri həddini aşma maddələrində nəzərdə tutulan əməlləri törətmələri ehtimalı ilə bağlı təhqiqata başlanılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə