Unai Emeri: Əminəm ki, yaxın şəhərlərdəki fanatlar bizə dəstək olmağa gələcək

Unai Emeri: Əminəm ki, yaxın şəhərlərdəki fanatlar bizə dəstək olmağa gələcək

“Hər oyun bizim üçün yeni imkandır, bunlar bizim üçün xüsusi anlardır. Final oyunu bizim üçün çox vacibdir”. 

REAL ONA-ya istinadla xəbər verir ki, London bürosunun məlumatına görə, bunu İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unai Emeri keçirdiyi mətbuat konfransında deyib. 

İspaniyalı mütəxəssis London təmsilçisinin fanatlarının stadionda az olacağı məsələsinə də münasibət bildirib: “Bakı uzaqdır və təyyarə biletləri bahadır. Britaniyadan “Arsenal”ın çox sayda azarkeşi oyuna baxmağa gedə bilməsə də, əminəm ki, yaxın şəhərlərdəki fanatlar bizə dəstək olmağa gələcək. Mən həm də azarkeşlərimizin evlərində bizi izləyib dəstək olacağını bilirəm. Biz onlar üçün oynayacağıq”. 

O, finalın Bakıda keçirilməsinə də münasibət bildirib: “Ən önəmlisi odur ki, final oynamaq istəyirik. “Çelsi”yə qarşı mübarizə aparıb, titulu qazanmaq istəyirik. Mxitaryan yoxdur, həmçinin bütün fanatlarımız bizə dəstək olmağa gələ bilmir. Onlar həlledici oyunu evdən izləyəcəklər. Ancaq final önəmlidir”.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə