Paşinyanın müharibə xofu - VİDEO

Paşinyanın müharibə xofu - VİDEO
Ermənistanın Baş naziri müharibədə məğlub olacaqlarının fərqindədir

Hərdən Ermənistanı istəməyən bəzi qüvvələr həmçinin respublikaçıların fəalları ölkədə sabitliyi pozmaq üçün yeni döyüşlərə səsləyirlər. Bunların məqsədi tam aydındır. Sonra bütün məsuliyyəti və uğursuzluqları mənim üzərimə atacaqlar. Bu bəyanatı hakimiyyətə gəldiyi 1 il ərzində hərbi ritoriakadan əlçəkməyən, Azərbaycana qarşı əzələ nümayiş etdirən Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib. Özü də ölkəsinin Nazirlər Kabinetinin növbədənkənar iclasında. 

Gəlin son aprel döyüşlərini təhlil edib araşdıraq. Bu məsələ öz hüquqi həllini tapmalıdır. Bununla bağlı parlamentdə xüsusi komissiya yaradılacaq və məsələ deputatlaın müzakirəsinə çıxarılacaq. Sonda hər şey xalqa təfsilatı ilə xalqa çatdırılmalıdır. Bu məsələ mütləq hüquqi müstəvidə həll edilməlidi. 

Bəli, bu bəyanat Dağlıq Qarabağ məsələsində üzdə guya qatı mövqeyindən çəkilməyən Paşinyanın və onun komandasının Qarabağ müharibəsinin növbəti mərhələsindən nə qədər qorxu-həyəcan keçirməsinin əyani sübutudur.

O Paşinyanın ki, hakimiyyətə gəlmək üçün İrəvan küçələrini gəzməkdən dabanına qara su enən də, Baş nazir postuna təyin edilən günün səhərisi Dağlıq Qarabağa səfər edəndə də özününün və sözünün bir olduğuna xalqını inandırmaq istəyib. Paşinyan ötən ilin sentyabr ayında Rusiyaya rəsmi səfərində də mənim nəzərimdə, Qarabağ Ermənistanın tərkib hissəsidir fikrini səsləndirərək danışıqlar prosesində pozucu mövqeyindən əl çəkməyib.

Bu mövqedən ilhamlanan Ermənistan parlamentinin ötən ilin sentyabrında şant 2018 hərbi təlimləri çərçivəsində Azərbaycana rəsmən müharibə elan etməsi Paşinyanın cahil cəsarətinin davamı olub. Ermənistan müdafiə naziri David Tonoyanın bu ilin martında “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləməsi bəyanatını da heç kəs unutmayıb.

Bir sözlə düz 12 gün əvvəl Şuşada cıdır düzündə yallı gedən Paşinyan nəhayət ki, ya vəlvələdən ya zəlzələdən özünü ifşa edir. Çünki Paşinyan güclü Azərbaycan ordusu qarşısında duruş gətirməyəcəyinin fərqindədir və ötən gün verdiyi bəyanat da birmənalı şəkildə müharibə hədələri ilə tərs mütənasibdir. 

Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında imzalanan atəşkəs müqaviləsindən ötən 24 il ərzində tərəflər arasında ən böyük hərbi toqquşma 2016-cı il aprel ayının əvvəlində baş verib. Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edən Azərbaycan Ordusu Füzuli rayonu istiqamətində strateji Lələ təpə yüksəkliyini və Tərtər istiqamətində Talış kəndi ətrafında mövqeləri işğalçılardan təmizləyib. Döyüşlərdə Ermənistan tərəfi xeyli itki verib. Hərbi ekspert Rəşad Süleymanov deyir ki, Azərbaycanla müharibəyə Ermənistan ordusu birmənalı şəkildə hazır deyil.

Bunu təkcə qüvvələr balansı ilə deyil eyni zamanda erməni ictimaiyyətinin mövqeyi ilə əsaslandırmaq olar.

Paşinyanın müharibə xofu от REAL TV на Rutube

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə