“Merkuri“ layihəsi üzrə investisiya qərarı gələn il veriləcək

“Merkuri“ layihəsi üzrə investisiya qərarı gələn il veriləcək

SOCAR və BP şirkətlərinin Türkiyədə birgə inşa edəcəyi yeni neft-kimya kompleksinin tikintisi üzrə yekun investisiya qərarı gələn il veriləcək.

REAL ONA-ya istinadla xəbər verir ki, bu barədə əsas payı SOCAR-a məxsus olan Türkiyənin "Petkim” şirkətinin baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda layihə üzrə texniki işlər aparılır və qərar gələn ilin birinci rübündə veriləcək.

Qeyd edək ki, yeni neft-kimya kompleksinin ("Merkuri" layihəsi) tikintisinə 2020-ci ildə başlanacağı gözlənilir.

Kompleksə aromatiklər və saflaşdırılmış tereftal turşusu (PTA) müəssisələri daxil olacaq. PTA zavodunda isə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, aromatiklər fabrikində isə 830 min ton paraksilol, 400 min tona yaxın benzol istehsal ediləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə