Əcnəbilərə 1 iş günündə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar veriləcək

Əcnəbilərə 1 iş günündə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar veriləcək

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 1 və 3 iş günü müddətində ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar veriləcək.

REAL-ın ONA-ya istinadən məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna görə, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin 30 günədək uzadılması barədə qərarın verilməsinə görə 30 manat, ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadılmasına görə 60 manat dövlət rüsumu alınır. Yetkinlik yaşına çatmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə dövlət rüsumunun məbləği müvafiq olaraq 15 və 30 manatdır.

Təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 1 iş günü ərzində ölkədə müvəqqəti olma müddətinin 30 günədək uzadılması barədə qərarın verilməsinə görə 50 manat, ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadılmasına görə 100 manat dövlət rüsumu alınacaq. Yetkinlik yaşına çatmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün 1 iş günü ərzində həmin qərarların veriliməsinə görə dövlət rüsumları müvafiq olaraq 30 manat və 60 manat olacaq.

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 3 iş günü ərzində ölkədə müvəqqəti olma müddətinin 30 günədək uzadılması barədə qərarın verilməsinə görə 30 manat, ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadılmasına görə 60 manat dövlət rüsumu alınacaq.  Yetkinlik yaşına çatmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün 3 iş günü ərzində həmin qərarların veriliməsinə görə dövlət rüsumları müvafiq olaraq 15 manat və 30 manat olacaq.

Qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə