Sara Tağıyeva anılıb - VİDEO

Sara Tağıyeva anılıb - VİDEO
Anadan olmasından 120 il keçir

Ata evinin soyuq pillələrində üç-beş dəqiqə oturmaq üçün göz yaşları tökən görkəmli xeyriyyəçi, milyonçu H.Z.Tağıyevin qızı Sara xanımın bu gün anadan olmasının 120 illiyidir.

Uzun illər haqsızlıqların girdabında çabalayan Sara xanım dekabrın 24-də 1991-ci ildə 92 yaşında haqq dünyasına qovuşub.

Sara Tağıyeva ağrılı-acılı həyat yaşayıb. Bununla belə, o hər zaman mübariz qadın olub. Qohumları onu belə xatırlayır. Ən əsası, bu gün Sara xanımın nəvəsi və nəticəsi onun haqqında böyük sevgi və qürurla danışır. 

Mən Bakıya gəlirdim nənəmlə görüşməyə. Bir yerdə yaşamışam onunla. İlk dəfə gələndə zirzəmidə yaşayırdı. Bakıya gəldiyimdə nənəmin sənədləri götürüb onunla birlikdə gedirdik təşkilatlara atasının adını bərpa edilməsi üçün. Sara xanım həm də çox zəhmətkeş idi.

Sara Tağıyevanın yad edilməsi, insanların onun unutmadığının göstərir. Bu çox yaxşıdır. Çünki bu qadının çox ağır taleyi olub. Sara xanım həyatının atasının adının bərpa edilməsinə həsr edib. Məktublar yazırdı təşkilatlarda, atasının xeyriyyəçilik işlərindən bəhs edirdi onun portertinə baxdıqda necə müstəqil, zəhmətkeş qaqın olduğunu, onun xarakterini üz cizgilərindən görmək olur. O sadəcə evdə oturub uşaqlarını tərbiyyəsi ilə məşğul ola bilirdi, amma sonuna kimi atasının adı uğrunda mübarizə apardı. Biz onunla fəxr edirik.

Tarixçi Fərhad Cabbarov deyir ki, Sara xanımın həyatda bir amalı var idi. O, ömrünün böyük hissəsini atası Hacı Zeynalabidin Tağıyevin adının yenidən bərpa olunmasına, ona qarşı təqiblərə son qoyulmasına çalışıb. 

Təkcə Bakıda açdığı ilk müsəlman qız məktəbinin fəaliyyəti üçün 325 min manat xərcləmiş,min-milyon manatlarını can-başla xalqı yolunda sərf edən H.Z.Tağıyevin qızı Sara xanım Sovetlər Azərbaycanında acından öldü. Sara xanım dünyasını dəyişəndən sonra onu son mənzilə bu muzeydən, ata evindən-qəbr evinə yola salaraq, Mərdəkan da H.Z.Tağıyevin məzarı yanında dəfn edilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə