“Arsenal” qərarını verdi - VİDEO

“Arsenal” qərarını verdi - VİDEO
UEFA futbolçunun fikrinə hörmətlə yanaşır

İngiltərənin “Arsenal” klubunun futbolçusu Henrik Mxitaryan Avropa Liqasının final matçında iştirak etməyəcək.

London təmsilçisi bununla bağlı rəsmi internet səhifəsində məlumat yayıb. 

"Biz Mxitaryanın komandanın heyətində olması ilə bağlı variantları diqqətlə analiz etdik. Məsələni futbolçunun özü və ailəsi ilə müzakirə etdikdən sonra onun səfərdə olmamasına birgə qərar verdik. Avropanın ali futbol qurumu UEFA da öz növbəsində məsələyə dərhal reaksiya verib. Qurum bunun 30 yaşlı yarımmüdafiəçinin şəxsi qərarı olduğunu vurğulayıb.

Bildirilib ki, UEFA Mxitaryan üçün London təmsilçisinə böyük təhlükəsizlik planı təqdim edib: "UEFA oyunçuya görə Azərbaycanın ali hakimiyyət orqanlarından təhlükəsizliklə bağlı təminat alıb. Bu zəmanətlər nəticəsində hərtərəfli təhlükəsizlik planı hazırlanaraq kluba verilib. "Arsenal" UEFA və Azərbaycan hökumətinin bu məsələdə səy göstərdiyini qəbul edir. Biz klubun futbolçu ilə finala getməmə qərarına hörmətlə yanaşırıq".

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Çelsi” ilə qarşılaşacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə