Elxan Məmmədov: “Futbolçunun qərarına hörmətlə yanaşırıq“

Elxan Məmmədov: “Futbolçunun qərarına hörmətlə yanaşırıq“
Səbrsizliklə hər iki komandanı Bakıda gözləyirik

"İngiltərənin “Arsenal” klubunun futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının final matçında Bakıya gətirilməməsi bizdə təəssüf hissi doğurur. Biz bu əsassız qərara görə təəssüflənir, eyni zamanda Arsenal klubunu, futbolçunun özünün və ailəsinin qərarını anlayışla qarşılayırıq.

Etiraf edirik ki, futbolçunun bu qərarı verməsi onun hüququdur, eyni zamanda qeyd etmək istərdik ki, finalı qəbul edən ölkə olaraq Azərbaycan UEFA-nın tələb etdiyi kimi Mxitaryanın təhlükəsizlik təminatı ilə bağlı bütün zəruri zəmanətləri verib.

Azərbaycan tərəfindən verilmiş bu zəmanətin ciddiliyini şübhə altına ala biləcək heç bir əsas yoxdur. Son illərdə çoxsaylı erməni idmançılar Azərbaycanda təşkil olunan oxşar idman yarışlarında iştirak ediblər və bu yarışların heç birində insidentlə qarşılaşmayıblar.

Nəhayət biz düşünürük ki, təəssüf doğuran bu qərar heç bir şəkildə final oyununun keyfiyyətinə və baxımlılığına mənfi təsir göstərməyəcək. 

Səbrsizliklə hər iki komandanı Bakıda gözləyirik" -deyə AFFA-nın Baş katibi Elxan Məmmədov bildirib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə