“Meydan TV“nin əməkdaşının sərhədkeçmə məhdudiyyəti ləğv edilib

“Meydan TV“nin əməkdaşının sərhədkeçmə məhdudiyyəti ləğv edilib

“Meydan TV”nin əməkdaşı Orxan Məmmədovun sərhədkeçmə məhdudiyyəti ləğv edilib.

REAL ONA-ya istinadən xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb. Hazırda xaricdə yaşayan O. Məmmədov bununla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin qərarını paylaşıb.

Qərarda bildirilib ki, “Meydan TV” internet media kanalının vəzifəli şəxsləri barəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə zərurətin aradan qalxması ilə əlaqədar Məmmədov Orxan Çingiz oğlu barəsində tətbiq edilən sərhədkeçməyə məhdudiyyət tədbiri mayın 13-dən ləğv olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə