Asiya Regional Forumu - VİDEO

Asiya Regional Forumu - VİDEO
AİB bu günə qədər Azərbaycanda 23 layihəyə 3,7 milyard dollar ayırıb

Azərbaycan 2020-ci ildən etibarən Asiya İnkişaf Fondunda donor kimi iştirak edəcək.

Həmin fond Asiya İnkişaf Bankının (ADB) üzv ölkələrə aşağı faizlə kreditlər verilməsini təmin edəcək.

"Təbii ki, ayıracağımız vəsait o qədər də yüksək məbləğ olmayacaq. Amma konkret məbləğ 2020-ci ilin büdcəsi təsdiqlənən vaxt bilinəcək". Bunu Maliyyə naziri Samir Şərifov bu gün paytaxt Bakıda Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankının birgə təşkilatçılığı ilə keçirilən dövlət borcunun idarə edilməsi üzrə Asiya Regional Forumunda jurnalistlərə müsahibəsində bildirdi. Nazir dövlər borcunun idarə olunmasından da danışdı.

Maliyyə naziri Samir Şərifov onu da bildirdi ki, “Asiya İnkişaf Bankı (ADB) bu günə qədər Azərbaycanda infrastruktur və digər sahələrdə həyata keçirilən 23 layihəyə 3,7 milyard abş dolları məbləğində vəsait ayırıb”.

3 gün davam edəcək forumda Asiya İnkişaf Bankına üzv olan ölkələrin və beynəlxalq maliyyə qrumlarının dövlət borcunun idarə edilməsi sahəsində 100 dən çox yüksək vəzifəli nümayəndələri və ekspertləri iştirak edir. Forumun gündəliyinə mövcud makroiqtisadi şəraitdə borcun idarə edilnməsi və monetar siyasətin effektiv əlaqələndirilməsinin əsası, dövlət borcunun idarə edilməsinə nəzarət, və digər məsələləri əhatə edən sessiyalar daxildir.

1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan bankın rəhbərlər şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə